×
A
A
A
Sazlamalar

“Neftçi” futzal klubu sabiq “Araz”lıları yoxlayır

Bakı, 10 yanvar, AZƏRTAC

Təlim-məşq toplanışına start verən “Neftçi” futzal klubu məşqlərini gündə iki dəfə olmaqla davam etdirir. Baş məşqçi Hacıbala Abdullazadə səhər fiziki, axşam isə toplu çalışmalara yer verir.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-dək bu cür davam edəcək paytaxt təmsilçisinin heyətindən ayrılan olmasa da, düşərgədə baxışda olan futzalçılar var. “Araz”dan ayrılan Elşən İbramxəlilov və Adəm Həbibov H.Abdullazadənin etimadını qazanmağa çalışırlar. Legionerlərlə bağlı məsələ isə açıq qalıb. Belə ki, baş məşqçi xidmətində maraqlı olduğu əcnəbilər komandaya qoşulmayanadək ad açıqlamaq istəmir.
Qeyd edək ki, ilk iki dövrədən sonra aktivində 27 xal olan və üçüncü pillədə yer alan “Neftçi”ni lider EKOL-dan 2 xal ayırır.

İdman 2019-01-10 11:59:00