×
A
A
A
Sazlamalar

“Yeni il- yeni dəb” adlı moda gecəsində podiuma uşaqlar çıxıb

Bakı, 10 yanvar, AZƏRTAC

Bakıda Art production şirkətinin təşkilatçılığı ilə “Yeni il-yeni dəb” adlı uşaq moda-müsabiqə gecəsi keçirilib.
Müsabiqənin təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, moda gecəsində 25 gənc model və 15 modelyer iştirak edib.
Uşaqlar və modelyerlər müxtəlif nominasiyalar üzrə qiymətləndirilib. Qızlar və onların modelyerləri arasında ilk üç yeri müvafiq olaraq İnci Cəfərli və Səriyyə Abdulova, Alsu İbrahimli və Səriyyə Abdulova, Fərəh Məmmədova və Sara Quliyeva tutublar. Oğlanlar və modelyerləri arasında isə Cabir Həsənov və Aysel Davudqızı, Kərim Kərimzadə və Nəzrin Hüseynova, Adnan Kərimli və Sara Quliyeva fərqləniblər.
Tamaşaçılar arasında səsvermənin nəticələrinə əsasən birinci yerə Əbdülrəhim Rəhimov, modelyer Xumar Həsənzadə, ikinci yerə - Səkinə Səfərli, modelyer Şəhla Ağabalayeva, üçüncü yerə isə İsa Həmidli, modelyer Aytac Hüseynova layiq görülüb.
Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Mədəniyyət 2019-01-10 10:38:00