×
A
A
A
Sazlamalar

Xalq artisti Firəngiz Əlizadə ilə görüş...

Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 15-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ilə görüş keçiriləcək. Görüş Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşacaq.
Bu barədə AZƏRTAC-a məlumat verən Niyazinin ev-muzeyinin direktoru Rza Bayramov bildirib ki, görüşdə görkəmli bəstəkarın həyat və yaradıcılığından söz açılacaq və onun əsərlərindən nümunələr səsləndiriləcək.

Mədəniyyət 2019-01-09 20:11:00