×
A
A
A
Sazlamalar

“Region könüllülərinin karyera məktəbi” layihəsinin təlimlərinə start verilib

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “Region könüllülərinin karyera məktəbi” layihəsinin təqdimatı və ilk təlimi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi könüllülərin fəaliyyətinin stimullaşdırılması, onlar arasında əlaqələrin möhkəmləndirilməsidir.
Layihədə Mingəçevirdə yaşayan və təhsil alan gənclər iştirak ediblər.
Təlimin ilk günündə layihə rəhbəri Firəngiz Telmanlı iştirakçılara könüllülük haqqında məlumat verib, könüllü olmağın üstünlüklərini onların diqqətinə çatdırıb. Müzakirə şəklində keçirilən təlimdə gənclər könüllü fəaliyyətlə bağlı öz fikirlərini bildiriblər.
Layihənin sonunda təlimləri uğurla başa vuran gənclər sertifikatlarla təltif olunacaqlar.

Sosial 2019-01-09 14:33:00