×
A
A
A
Sazlamalar

Bakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib

Bakı, 9 yanvar, AZƏRTAC

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2018-ci ilin yekunlarına dair Bakı Qarnizonunda intizamın vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.
Müşavirədə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək 2018-ci il ərzində qarnizon ərazisində görülən işlərdən, əldə olunan uğurlardan danışıb. K.Vəliyev 2019-cu ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə müdafiə nazirinin müvafiq tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.

Ordu 2019-01-09 13:22:00