×
A
A
A
Sazlamalar

Yağlı saçlara qarşı sadə üsullar

Bakı, 9 yanvar, AZƏRTAC
Saçların yağlanmasını sadə üsullarla aradan qaldırmaq olar.
“Saçların tez yağlanması çox vaxt problem doğurur, lakin əslində yağlanma saçlarda deyil, baş dərisində baş verir”, - deyə paytaxtdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova AZƏRTAC-a məlumat verib: “Bu, tük folekulları ilə yanaşı yerləşən piy vəzləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində yaranır. Düzgün qulluqla saçları sağlam, elastik və gözəl etmək olar”.
Həkim-dermatoloq sadə üsullarla yağlanmanı aradan qaldırmağın mümkün olduğunu söyləyib: “3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su tökülərək minalanmış qabda ağzı bağlı vəziyyətdə 15 dəqiqə qaynadılır, soyudulur və süzülür, dəmləmə səliqə ilə baş dərisinə sürtülür, 20-30 dəqiqədən sonra yuyulur.
1 xörək qaşığı xardalı 1 litr ilıq suda qarışdırandan sonra saçlar qarışıqla bir neçə dəfə isladılır, sonra yuyulur və yaxalanır. Lakin bunu dərinin xardala qarşı reaksiyası olmadığı halda etmək lazımdır”.

Sağlamlıq klubu 2019-01-09 12:55:00