×
A
A
A
Sazlamalar

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir VİDEO

Bakı, 9 yanvar, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Ordu 2019-01-09 09:29:00

Video