×
A
A
A
Sazlamalar

“Azərbaycan-100: reallıqlar və faktlar” adlı intellektual bilik yarışına start verilib

Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi olan “Azərbaycan-100: reallıqlar və faktlar” layihəsi çərçivəsində Odlar Yurdu Universitetində intellektual bilik yarışı keçirilib.
AZƏRTAC Fondun saytına istinadla xəbər verir ki, layihənin məqsədi gənc nəslin dünyagörüşünün və Azərbaycan tarixi barədə biliklərinin artırılmasına, Xalq Cümhuriyyətinin, həmin dövrün görkəmli şəxsiyyətlərinin fəaliyyətinin dərindən öyrənilməsinə, Cümhuriyyətin demokratik dəyərlərinin və ideyalarının təbliğinə töhfə verməkdir.
Yarışın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Cümhuriyyətin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Aytac Sarıyeva müəllifi olduğu layihənin məqsədi, görülən işlər barədə məlumat verib.
Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri, təlimçi Arzu Cəfərzadə layihə çərçivəsində təşkil olunan yarışın qaydaları haqqında iştirakçıları məlumatlandırıb. Bildirib ki, üç mərhələdən ibarət bilik yarışının dörddəbir final mərhələsi yanvarın 10-da keçiriləcək. Yarışda Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanın mədəniyyəti, idmanı, görkəmli şəxsiyyətləri ilə bağlı on sual veriləcək.
Sonda breyn-rinq yarışına start verilib.

Sosial 2019-01-08 20:10:00