×
A
A
A
Sazlamalar

“Leyli və Məcnun” operası növbəti dəfə səhnədə

Bakı, 8 yanvar, AZƏRTAC

Yanvarın 13-də Azərbaycan Dövlət Opera və Balet Teatrında “Leyli və Məcnun” operası növbəti dəfə təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Quruluşçu rəssamı Xalq rəssamı Rafiz İsmayılov olan operanı Əməkdar artist İsmayıl Ələkbərov idarə edəcək.
Operada əsas rolları Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Arzu Əliyeva canlandıracaqlar.

Mədəniyyət 2019-01-08 18:15:00