×
A
A
A
Sazlamalar

FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək

Bakı, 8 yanvar, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi kiçik həcmli gəmilərin istifadəçilərinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində il ərzində kiçikhəcmli gəmilərə texniki baxış keçiriləcəyi qeyd olunub. Bildirilib ki, texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcək:

Sıra №

Texniki baxışın keçiriləcəyi

şəhər və rayonlar

Texniki baxışın keçirilmə vaxtı

1

         Xaçmaz, Şabran, Siyəzən, Xızı

11-21 fevral

2

 Astara, Lənkəran, Masallı

1-11 aprel

3

 Salyan, Neftçala, Şirvan

22-30 aprel

4

Mingəçevir və digər daxili su hövzələri

16-26 sentyabr

5

Bakı şəhəri və Abşeron rayonu üzrə:

5.1

Bibiheybət-Ələt istiqamətində

Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri

5.2

Zığ-Pirallahı istiqamətində

Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri

5.3

Şimal DRES-Nardaran istiqamətində

Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri

5.4

Goradil-Z.Tağıyev istiqamətində

Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri

Qeyd edilib ki, cədvəldə göstərilmiş günlər hava şəraitindən asılı olaraq dəyişdirilə bilər.

Sosial 2019-01-08 16:30:00