“Qış” müsabiqə deyil, mahnı festivalıdır
Bakı, 8 yanvar, AZƏRTAC
Fevralın 16-da Heydər Əliyev Sarayında “Qış” estrada mahnıları uşaq musiqi festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festival İctimai Televiziya kanalının dəstəyi ilə televiziya layihəsi statusu alıb. Final qala-konsertinə üç ay qalan müddətdə kanal festivala hazırlıq prosesini bütövlüklə işıqlandıracaq və tamaşaçılar hər həftə festivalın gündəliyi vasitəsilə iştirakçıların hazırlığını izləmək imkanı qazanacaqlar.
Qala-konsertin aparıcıları festivalın birinci mövsümünün iştirakçıları - Rüfət Məmmədov və Nəzrin Əsədova olacaq. Bu musiqi layihəsinin iştirakçılarına qalib yerlər verilmir və hər bir iştirakçı festivalın diplomuna layiq görülür. Layihə üzərində peşəkarlar qrupu çalışır: “Qış”ın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könül, musiqi prodüseri Rüstəm Rzayev, vokal üzrə pedaqoq Ukraynanın Əməkdar artisti Rimma Şapovalovadır. Layihənin pedaqoq-xoreoqrafı isə “NERO” rəqs mərkəzinin yaradıcısı və rəhbəri Emin Hüseynovdur.
“Qış” festivalı istedadlı uşaqlar üçün nəinki özlərini nümayiş etdirməyə və güclərini göstərməyə, həmçinin peşəkarlar komandasında işləməklə qısa müddətdə çox qiymətli təcrübə toplamağa əla fürsət olacaq.
Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq
Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb