Pantomima Teatrında uşaqlar üçün tamaşa hazırlanır
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, bu dəfə də balaca teatrsevərləri yaddan çıxarmayıb. Belə ki, yanvarın 13-də teatrın səhnəsində Bəxtiyar Xanızadənin müəllifi olduğu “Fəlakət və insan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri maarifləndirici xarakter daşıyır. Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim ediləcək əsərin müəllifi, teatrın baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadədir.
Tamaşa uşaq və yeniyetmələrə təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərəcək.
Teatr forumunun vaxtı dəyişdirilib
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
Operasevərlər üçün “Bohema” növbəti dəfə