×
A
A
A
Sazlamalar

“İstedadlı gənclərin estrada - vokal müsabiqəsi”nə start verilib

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondu, Milli Konservatoriya və Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "İstedadlı gənclərin estrada - vokal müsabiqəsi”nə start verilib.
Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd, ali (orta) musiqi təhsili olmayan, lakin səs-vokal imkanlarına sahib tələbə gəncləri aşkarlamaq və onlara müsabiqə vasitəsilə dəstək olmaqdır.
Qeyd olunduğu kimi, müsabiqəyə yalnız - tədrisində musiqi ixtisası olmayan ali məktəblərin tələbələri qatıla bilər. İştirakçı olmaq istəyən hər bir şəxs öncə qeydiyyatdan keçməlidir.
Müsabiqədə iştirak etmək istəyənlər yanvarın 25-dək qeydiyyatdan keçməlidirlər.

Mədəniyyət 2019-01-08 13:14:00