×
A
A
A
Sazlamalar

“Bolero” baleti nümayiş ediləcək

Bakı, 7 yanvar, AZƏRTAC

Yanvarın 9-da Opera və Balet Teatrında “Bolero” baleti təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, səhnə əsərinin dirijoru, Xalq artisti Yalçın Adıgözəlovdur.
Quruluşçu baletmeysteri Nikolya Müssen olan səhnə əsərində rəsmlərin quruluşu Xalq rəssamı Tahir Tahirova məxsusdur. Baleti Əməkdar artist Yuri Lobaçev idarə edəcək. Baletdə rolları Xalq artisti Gülağasi Mirzəyev, Əməkdar artist Samir Səmədov, solistlər Yuliya Ferştandt, Anar Mikayilov və Samirə Məmmədova ifa edəcəklər.

Mədəniyyət 2019-01-07 18:24:00