×
A
A
A
Sazlamalar

Yanvarın 10-da Dubayda Azərbaycan Ticarət Evi açılacaq

Bakı, 7 yanvar, Samirə Quliyeva, AZƏRTAC
Yanvarın 10-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Ticarət Evinin açılışı gözlənilir.
Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə Dubayda yaradılacaq Azərbaycan Ticarət Evi yerli məhsulların tanıdılması və ixracın artırılması istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azərbaycanın ilk Ticarət Evi 2017-ci ildə Minsk şəhərində açılıb. Hazırda Rusiya, Ukrayna, Belarus, Latviya, Polşa və Çində Azərbaycan ticarət evləri fəaliyyət göstərir.

Biznes 2019-01-07 16:29:00