“Azərbaycanın ipək incisi” yaradıcılıq müsabiqəsi elan olunub
Bakı, 7 yanvar, AZƏRTAC
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti və Mədəniyyət Nazirliyi 18-29 yaş kateqoriyasında olan gənc, istedadlı dizayner və rəssamlar üçün “Azərbaycanın ipək incisi” adlı yaradıcılıq müsabiqəsini elan edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, milli naxış və ornamentlər mövzusuna həsr olunan müsabiqə gənc, istedadlı rəssam və dizaynerlərə dəstək olmaq, onları tanıtmaq, eyni zamanda Azərbaycanın bu qədim sənət növünü yaşatmaq məqsədini daşıyır.
Müsabiqədə iştirak etmək arzusunda olanlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə kəlağayı üçün nəzərdə tutulmuş eskiz nümunələrini A4 ölçülü kağız üzərində işləməklə fevralın 15-dək [email protected] elektron ünvanına göndərməlidirlər.
İlk üç yerin qalibləri pul mükafatı, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti və Mədəniyyət Nazirliyi tərəfindən diplom və sertifikatlarla təltif olunacaq.
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir
“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb