×
A
A
A
Sazlamalar

DSX: Yanvarın əvvəlindən “Qazax” sərhəd dəstəsinin döyüş məntəqələri düşmən bölmələri tərəfindən 81 dəfə atəşə tutulub

Bakı, 7 yanvar, AZƏRTAC

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın əvvəlindən indiyədək DSX Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.
Yanvarın 6-da saat 15:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 millimetr çaplı “SVD” snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatorun çalovuna dəyib və kabinənin sağ şüşəsini sındırıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

Ordu 2019-01-07 15:33:00