×
A
A
A
Sazlamalar

Xalça Muzeyində növbəti mühazirə xovsuz xalçalara həsr ediləcək

Bakı, 7 yanvar, AZƏRTAC

Yanvarın 12-də Azərbaycan Xalça Muzeyində Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyevanın “Xovsuz xalçalar” adlı mühazirəsi dinləniləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, mühazirədə xovsuz xalçaların tarixi inkişaf mərhələləri, növləri, toxunma texnologiyaları və məişətdəki rolundan danışılacaq.
Azərbaycan dilində aparılacaq mühazirədə hər kəs iştirak edə bilər.

 

Mədəniyyət 2019-01-07 14:58:00