×
A
A
A
Sazlamalar

“Monsterlər ailəsi” animasiya filmi tamaşaçılara təqdim ediləcək

Bakı, 7 yanvar, AZƏRTAC
“Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar səviyyədə dublyaj edilən “Monsterlər ailəsi” animasiya filmi yanvarın 10-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, dublyajın redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs operatoru Vüsal Əbdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.
Animasiya filmini Vüsal Xaliqoğlu, Elşən Rüstəmov, Əlixan Rəcəbov, Rövşən Məmmədli və başqaları səsləndiriblər.
Cizgi filminin rejissoru Leopoldo Aguilardır.

Mədəniyyət 2019-01-07 13:17:00