İçərişəhərdə keçirilən “Qış Qalası” festivalı başa çatıb
Bakı, 7 yanvar, AZƏRTAC
İçərişəhərdə dekabrın 15-dən start götürən yeni il festivalı - “Qış Qalası” başa çatıb.
AZƏRTAC-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, festival müddətində paytaxt sakinləri və qonaqları Qoşa qala meydanında müxtəlif növ suvenir, əl işləri və digər bayram atributlarının satışı üçün nəzərdə tutulan “Qış Qalası” çadırlarını ziyarət ediblər.
Həmçinin ziyarətçilər Qoşa qala meydanında yeni il festivalı münasibətilə təşkil olunan konsert proqramından zövq alıb və bir sıra viktorinaların iştirakçısı olublar.
Festival paytaxt sakinləri və qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir