×
A
A
A
Sazlamalar

Suriyada İncildəki əhvalatlarla bağlı məkanlar zəvvarlar üçün açılıb

Bakı, 7 yanvar, AZƏRTAC
Suriyanın qədim müqəddəs yerləri müsəlman və xristianların ziyarəti üçün yenidən açılıb. Buraya əsasən Dəməşqdəki ilk yaşayış mağarası və paytaxtın yaxınlığında yerləşən Avel türbəsi daxildir ki, adi gündə bu yerləri təqribən 1500-dək insan ziyarət edir.
AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir bu barədə jurnalistlərə türbənin mühafizi Fozi Sakır bildirib.
Rəvayətə görə, Dəməşqdə Kasyun dağındakı ilk yaşayış mağarasında (Maqarat ad-Damm) İncildə bəhs olunan ilk qətl baş verib – Qabil öz qardaşı Habili öldürüb. Onun qəbri, daha dəqiq desək, Dəməşqin 50 kilometrliyində XVI əsrin axırlarında tikilən və müsəlmanlar tərəfindən ziyarət edilən yeddimetrlik daş tabut “Nabi Habil” şiə məscid-mavzoleyində yerləşir.
Bu məkanı yaraqlıların yaxında olduğu zaman belə tərk etməyən Fozi Sakır bildirib: “Altı il bundan əvvəl müharibə vaxtı bu obyekt bağlı idi. Lakin ötən il kompleks yenidən açılıb. Hər gün buraya azı 300 turist gəlir, bazar günləri və yay aylarında onların sayı 1500-ə də çatır”. O, Habil türbəsinə daha çox iranlı zəvvarların gəldiyini deyib.
İlk yaşayış mağarasının mühafizi Məhəmməd Mühlif Məhəmməd, həmçinin bildirib ki, kompleksin yenidən turistlərin xidmətinə verilməsi üçün təmirə ehtiyacı vardı. Ziyarətçilər dini mahiyyət kəsb edən bu yerə qalxmaqdan ötrü 600 pillə ilə dağa qalxmalı olurlar.

Din 2019-01-07 11:51:00