×
A
A
A
Sazlamalar

“East or West” musiqi qrupu “YARAT”da konsert proqramı ilə çıxış edəcək

Bakı, 7 yanvar, AZƏRTAC

Yanvarın 11-də“East or West” musiqi qrupu “YARAT” Müasir İncəsənət Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, “East or West” musiqi qrupu 2011-ci ildən fəaliyyət göstərir. Qrupun məqsədi milli alətlərimizi (tar, kamança, qarmon) Qərb musiqi standartlarında ifa etməklə gənclərimizin milli alətlərə marağını artırmaq, eyni zamanda, onları ölkə xaricində təbliğ etməkdir.
Kollektiv fəaliyyəti dövründə bir sıra mühüm konsert və festivallarda iştirak edib.

Mədəniyyət 2019-01-07 11:38:00