×
A
A
A
Sazlamalar

Rusiyanın Xalq artisti Denis Matsuyev Bakıda konsert verəcək

Bakı, 7 yanvar, AZƏRTAC

Aprelin 8-də Məşhur virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, ifaçı konsertdə öz repertuarında olan əsərlərlə yanaşı, dünya bəstəkarlarının da yaradıcılığına müraciət edəcək.
Biletləri şəhərin kassalarından, bütün “ASAN xidmət” və onlayn iticket.az-dan əldə etmək olar.
Denis Matsuyevın sürətli yüksəlişi 1998-ci ildə Moskvada P.İ.Çaykovski adına beynəlxalq müsabiqədəki qələbədən sonra başlayıb. Bu gün Denis Matsuyev dünyanın ən yaxşı konsert zallarının arzuolunan qonağı, ən nəhəng musiqi festivallarının mühüm iştirakçısı, Rusiya, Avropa, Şimali Amerika və Asiya ölkələrinin aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşıdır.

Mədəniyyət 2019-01-07 11:03:00