×
A
A
A
Sazlamalar

Sahibkarlar Hindistanda II Qlobal tekstil texnologiyası və mühəndisliyi sərgisinə dəvət olunurlar

Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 18-20-də Hindistanın Mumbay şəhərindəki Bombay Sərgi Mərkəzində II Qlobal Tekstil Texnologiyası və Mühəndisliyi Sərgisi (QTTMS 2019) keçiriləcək.
AZƏRTAC Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadla xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən şirkət rəhbərləri, sahibkarlar sərgidə iştiraka dəvət olunurlar. Üç gün ərzində sərgidə 17 ölkənin biznes sektorundan olan ziyarətçilərin iştirakı gözlənilir.
Tədbir Hindistanda texnologiyanın təkmilləşdirilməsini asanlaşdırmaq, tekstil və tekstil mühəndisliyi sektorunda ikitərəfli ticarəti və birgə müəssisələrin yaradılmasını təşviq etmək məqsədi daşıyır.
Sərgi iplik və iplik üçün ehtiyat hissələri, toxuculuq, işləmə, rəqəmsal çap, geyim, hörgü, naxışkarlıq, texniki tekstil, boya və kimyəvi məhsullar, mühəndislik üçün tekstil maşınları, dizayn, texniki məlumat xidmətləri və s. sahələri əhatə edir.
Sərgidə iştirak etməkdə maraqlı olanlar Hindistanın ölkəmizdəki səfirliyinə müraciət edə bilərlər.
Sərgi Hindistan Hökuməti Tekstil Nazirliyi, Hindistan Hökuməti Ağır Sənaye Bölməsi və Maharaştra Hökuməti tərəfindən dəstəklənir.
Qeyd edək ki, Hindistanın tekstil sənayesi dünyada Çindən sonra 2-ci yeri tutur. Sərgi tekstil sənayesi üzrə biznes iştirakçılarının Hindistan və eləcə də digər ölkələrin müvafiq sahədə yeni biznes imkanları ilə tanış olmaq və şəbəkə qurmaları üçün əla platformadır.

Biznes 2019-01-05 12:26:00