×
A
A
A
Sazlamalar

Azərbaycan Skautlar Assosiasiyasına yeni sədr seçilib

Bakı, 4 yanvar, AZƏRTAC
Azərbaycan Skautlar Assosiasiyasının növbəti VII qurultayı keçirilib.
Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, qurultay çərçivəsində təşkilatın üçillik fəaliyyəti barədə hesabat və maliyyə hesabatı dinlənilib, gələcək inkişafa yönəlmiş bir sıra yeniliklər təqdim edilib.
Sonra qurultay komitə üzvlərini seçib. Milli komitənin yeni tərkibində Emin Babayev, Zamin Məmmədov, Xəqani Məmmədov, Hüseyn Hüseynov, Rüfət Əsədzadə, Orxan Nuri və Ülkər Xanlarova yer alıblar. Emin Babayev Azərbaycan Skautlar Assosiasiyasının yeni sədri seçilib. O, 2019-2021-ci illərdə təşkilata rəhbərlik edəcək.
Rüfət Vəlizadə, Vüsal Məhərrəmov və Tuncay Alkiraz isə auditorlar komissiyasının üzvləri seçiliblər.
Qurultayda, həmçinin qarşıdakı dövr üçün strateji fəaliyyət planı qəbul edilib.

Sosial 2019-01-04 11:40:00