×
A
A
A
Sazlamalar

Ötən il əlilliyi olan şəxslər 35 mindən çox reabilitasiya vasitəsilə təmin edilib

Bakı, 3 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən ötən il 9284 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlardan 1039-nu ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar təşkil edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əlilliyi olan şəxslərə 1436 əlil arabası, 794 eşitmə aparatı, 6980 cüt protez və ya ortopedik ayaqqabı, 1681 aşağı və yuxarı ətraf, döş protezi verilib. Həmçinin həmin kateqoriyadan olan vətəndaşlara 9535 müxtəlif reabilitasiya vasitəsi, 1485 yuxarı və aşağı ətraf ortezi, bel və boyun nahiyəsi üçün 341 korset, 811 dördayaqlı dayaq vasitəsi, 949 cüt qoltuqaltı, 1526 cüt dirsəkaltı ağac və s. təqdim olunub.
Ümumilikdə ötən il əlilliyi olan şəxslərə 35 min 351 reabilitasiya vasitəsi verilib. Reabilitasiya vasitələrini götürmək üçün Bakıya gəlmək imkanları olmayanlara həmin vasitələr yaşadıqları rayonlarda, rayon mərkəzinə gələ bilməyənlərə isə evlərində verilib.
Mərkəz 597 əlilliyi olan şəxsə isə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərib.

Sosial 2019-01-03 11:01:00