×
A
A
A
Sazlamalar

Yeni il şənliklərində on minədək hərbi qulluqçu övladı iştirak edib

Bakı, 2 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası müdafiə nazirinin tapşırığına əsasən, bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz Yeni il şənlikləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktəb tətili günlərində keçirilən bayram şənliklərində hərbi qulluqçuların ümumilikdə on minədək övladı üçün konsertlər, tamaşalar və digər mədəni-əyləncəli tədbirlər təşkil olunub.
Bayram mərasimlərində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Naxçıvan Qarnizon Zabitlər Evinin və Gəncə Zabitlər Evinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri maraqlı konsert proqramları ilə çıxış ediblər.

Ordu 2019-01-02 14:46:00