×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyinin rəhbərliyi bayramlar münasibətilə hərbi hospitalda olub

Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Tibb heyəti ilə görüşən müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini onlara çatdırıb və bayram sovqatlarını təqdim edib.

Ordu 2018-12-30 17:04:00