×
A
A
A
Sazlamalar

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

Bakı, 29 dekabr, AZƏRTAC

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, dekabrın 29-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil edilib.
Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.

Ordu 2018-12-29 20:44:00