×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyinin hərbi hissələrində “Açıq qapı” günü keçirilir

Bakı, 29 dekabr, AZƏRTAC 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgərlərin valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olur, xidməti, inzibati binalara, əsgər yataqxanalarına və yeməkxanalara baş çəkirlər.
“Açıq qapı” günü çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə edilir və suallar cavablandırılır.
Bayram münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçirilir.

Ordu 2018-12-29 13:08:00