×
A
A
A
Sazlamalar

Macarıstanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Budapeşt, 29 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Səfirliyin təşəbbüsü ilə reallaşan tədbirdə Macarıstanda təhsil alan tələbələr iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbiri açan səfir Vilayət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə soydaşlarımızı təbrik edib. Səfir ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğunu, bu əlamətdar tarixin dünyanın 70-dən çox ölkəsində yaşayan həmvətənlərimiz arasında birliyin yaradılması və onların təşkilatlanması baxımından mühüm rol oynadığını diqqətə çatdırıb. O, ölkəmizin maraqlarının xaricdə müdafiə olunmasında, Ermənistanın Azərbaycana qarşı zaman-zaman həyata keçirdiyi işğalçılıq və soyqırımı siyasətinin ifşa edilməsində həmvətənlərimizi, əsasən də xaricdə təhsil alan tələbələrimizi fəal olmağa çağırıb və bu istiqamətdə səfirlik tərəfindən lazımi dəstək göstərilə biləcəyini diqqətə çatdırıb.
Tədbirdə tələbələr Vətənə, həmrəyliyə və Yeni ilə aid şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar təqdim ediblər.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Siyasət 2018-12-29 02:19:00