×
A
A
A
Sazlamalar

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 3 gün qeyri-iş günü olacaq

Bakı, 28 dekabr, AZƏRTAC

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 2-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 3-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, hazırda ölkə ərazisində 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi də var.

Sosial 2018-12-28 18:14:00