×
A
A
A
Sazlamalar

Emin Axundov: Yeni assosiasiya Azərbaycan brendinin dünyada tanınmasında böyük rol oynayacaq

Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycanda yeni yaradılan "Maşın və avadanlıq istehsalçıları" Assosiasiyası avtomobil və avadanlıq istehsalı ilə bağlı məsələləri, onların problemləri, həlli yolları və perspektivlərini əhatə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə "Maşın və avadanlıq istehsalçıları" Assosiasiyasının sədri Emin Axundov deyib.
Sədr qeyd edib ki, "Maşın və avadanlıq istehsalçıları" Assosiasiyasının yaradılması "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə öz əksini tapıb. Assosiasiya yeni bazarlara çıxışda, ixracyönümlü proseslərə kömək göstərməkdə, ən əsası Azərbaycan brendinin dünyada tanınmasında böyük rol oynayacaq.

 

Sənaye 2018-12-28 13:25:00