×
A
A
A
Sazlamalar

Aztəminatlı ailələrə birdəfəlik yardımların ödənişi artıq təmin olunub

Bakı, 28 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli Sərəncamının icrasına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardımın ödənilməsini artıq təmin edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, birdəfəlik yardım həmin ailələrin bank hesablarına köçürülüb. Bu da onların bayram ərəfəsi maddi təminatlarına bir dəstəkdir.
Qeyd edək ki, Sərəncam ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə birdəfəlik yardım ödənilməsini nəzərdə tutmaqla dövlət başçısının həmin ailələrə növbəti qayğısıdır. Sərəncama əsasən, bu məqsədlə 2018-ci il dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Sosial 2018-12-28 12:45:00