×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyinin tabeliyində olan təşkilatlarda 2018-ci ilin yekunlarına dair toplantılar keçirilib

Bakı, 27 dekabr, AZƏRTAC 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən qoşun növləri və qisimlərində, nazirliyin baş idarə, idarə və xidmətlərində, birlik və birləşmələrdə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 2018-ci ilin yekunlarına dair toplantılar keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə məruzə edənlər il ərzində görülən işlərdən, qazanılan uğurlardan və 2019-cu ildə qarşıda duran vəzifələrdən danışıblar.
Sonda müdafiə nazirinin müvafiq əmrləri ilə 2018-ci ildə döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərmanlar, qiymətli hədiyyələr və digər mükafatlar təqdim olunub.

Ordu 2018-12-27 20:04:00