×
A
A
A
Sazlamalar

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz öz işgüzar və şəxsi keyfiyyətləriniz, siyasi intuisiyanız, nəzərdə tutulan planlara yaradıcı yanaşmağınız sayəsində haqlı olaraq Azərbaycan Respublikasının bütün vətəndaşlarının dərin hörmətini qazanmısınız.
Qoy, gümrahlıq, enerji və nikbinlik Sizə ən mürəkkəb dövləti məsələlərin həllində kömək etsin, bilikləriniz, qətiyyətiniz və məqsədyönlülüyünüz doğma xalqınızın rifahı naminə səmərəli fəaliyyətiniz üçün etibarlı təməl olsun, respublikanı yeni uğurlara və nailiyyətlərə doğru aparsın.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz həyati qüvvə, ailə firavanlığı və gözəl əhval-ruhiyyə arzu edirəm. Həmməsləklərinizin dəstəyi, dostlarınızın sədaqəti və yaxınlarınızın Sizi düzgün anlaması Sizə kömək etsin və gələcək uğurlarınızın rəhni olsun.
Dərin hörmətlə,

 


Əlişir Usmanov
Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti

Məktublar 2018-12-27 18:00:00