×
A
A
A
Sazlamalar

Autizimli uşaqlar üçün Yeni il şənliyi təşkil edilib

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 27-də “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”, “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai birlikləri və “ABC Tədris və İnkişaf Mərkəzi”nin birgə təşəbbüsü ilə autizmli uşaqlar üçün Yeni il şənliyi keçirilib.
“Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri Çiçək Məmmədli AZƏRTAC-a bildirib ki, tədbir zamanı uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, onların valideynləri ilə söhbətlər aparılıb. Valideynlər bayram təbrikinin təşkilinə və uşaqlara göstərilən diqqətə görə təşkilatların sədrlərinə öz minnətdarlıqlarını bildiriblər. Onlar autizimdən əziyyət çəkən uşaqlar üçün gələcəkdə autizm mərkəzinin inşa ediləcəyinə ümidvar olduqlarını deyiblər.

Sosial 2018-12-27 14:02:00