×
A
A
A
Sazlamalar

Bakı Xoreoqrafiya Akademiyasında növbəti konsert Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilib

Bakı, 27 dekabr, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirilib.
BXA-dan AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl izləyicilərə tarixi hadisələr və görkəmli şəxsiyyətlər, eləcə də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr və həmrəylik gününün təsis edilməsi barədə videoçarx nümayiş olunub. Sonra akademiyanın incəsənət fakültəsinin tələbələri bayram konsert proqramı ilə çıxış ediblər. Konsertdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Əməkdar artistlər Yuri Lobaçov və Nigar Rzayevanın təqdimatında “Tanqo” rəqsi, incəsənət fakültəsinin I və III kurs tələbələrinin ifasında “Azərbaycan süitası”, “Sevgi valsı”, “Yeni il”, “Aylı rəqsi”, “Uzundərə”, “Yallı” və digər rəqslər nümayiş edilib, əsərlər səsləndirilib.
Konsert proqramı tamaşaçılarda böyük coşqu ilə qarşılanıb.

Musiqi 2018-12-27 13:43:00