×
A
A
A
Sazlamalar

Rusiyanın Voronej şəhərindəki “Xəzər Azərbaycan İcması” vilayət ictimai təşkilatının idarə heyətinin sədri Eldar Sadıqovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi Voronejdəki “Xəzər Azərbaycan İcması” vilayət ictimai təşkilatı adından ürəkdən təbrik edirəm, Sizə səmimi arzularımı bildirirəm.
Azərbaycan Sizin uzaqgörən rəhbərliyinizlə qazandığı nailiyyətlər sayəsində regionun ən çox inkişaf etmiş ölkəsinə çevrilib, öz uğurlarına görə beynəlxalq aləmdə dünya birliyinin fəal üzvü kimi nüfuz qazanıb.
Sizin mühüm töhfənizin və yürütdüyünüz uğurlu siyasətin nəticəsi kimi, dünya azərbaycanlılarının birliyi daha da möhkəmlənir.
Diaspor təşkilatlarına göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar diləyir, bir daha ürəkdən təbrik edirəm. Qoy doğma Azərbaycanın yeni qələbələri naminə bütün planlarınız həyata keçsin!
Fürsətdən istifadə edib Sizi qarşıdan gələn bayramlar – 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.
Hörmətlə,

 


Eldar Sadıqov
Rusiyanın Voronej şəhərindəki “Xəzər Azərbaycan İcması”
vilayət ictimai təşkilatının idarə heyətinin sədri

Məktublar 2018-12-26 18:05:00