×
A
A
A
Sazlamalar

Gürcüstanın Bolnisi şəhərindəki “Borçalı İrəli” İctimai Birliyinin İdarə Heyətinin sədri Məhəbbət İmanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoş günlər, ailə səadəti və suveren Azərbaycanın firavanlığı naminə yeni zəfərlər diləyirəm.
Hörmətli cənab Prezident, bu gün Gürcüstan və Azərbaycan arasındakı dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri biz Gürcüstan azərbaycanlılarını, eyni zamanda, gürcü ictimaiyyətini hədsiz dərəcədə sevindirir. Təməli dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycanın qüdrətlənməsi və tərəqqisi, eyni zamanda, dünyada və regionda etibarlı tərəfdaş kimi qəbul olunması Sizin adınızla bağlıdır. Gürcüstanda yaşayan minlərlə azərbaycanlı gənc Sizin müdrik siyasətiniz sayəsində Tbilisinin ali təhsil müəssisələrində təhsil alır və müasir gürcü cəmiyyətinə inteqrasiya edir.
Möhtərəm cənab Prezident, Odlar Yurdu Azərbaycanımızda Sizin yürütdüyünüz sülh və inkişaf siyasətini, tolerantlıq, multikulturalizm dəyərlərini, Azərbaycan həqiqətlərini gürcü ictimaiyyətinə və müasir gürcü gəncliyinə yüksək səviyyədə çatdırırıq.
Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm. Ulu Tanrı Sizi, ailənizi və Odlar Yurdu Azərbaycanımızı qorusun!
Dərin hörmət və ehtiramla,

 

Məhəbbət İmanov
Gürcüstanın Bolnisi şəhərindəki “Borçalı İrəli”
İctimai Birliyinin İdarə Heyətinin sədri

Məktublar 2018-12-26 15:39:00