×
A
A
A
Sazlamalar

“Qalibiyyət, şəhidlər və şahidlər” videoçarxı təqdim olunub

Bakı, 25 dekabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının qərargahında “Qalibiyyət, şəhidlər və şahidlər” adlı sosial çarxın təqdimatı keçirilib.
YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, layihə rəhbəri Anar Ağayi çarxda 2016-cı il Aprel döyüşləri zamanı şəhidlərimizin göstərdikləri şücaətdən ətraflı söhbət açıldığını vurğulayıb.
“Qalibiyyət, şəhidlər və şahidlər” kitabının müəllifi, jurnalist Aidə Eyvazlı Aprel döyüşlərində Azərbaycan Ordusunun zəfərinin gənclərimizin vətənpərvərlik ruhunu yüksəltdiyini qeyd edib.
Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Sənan Axundovun həyat yoldaşı, 45 saylı məktəbin direktoru Nəcibə Axundova çıxış edib, qəhrəmanlarımızın və şəhidlərimizin xatirəsinə yüksək ehtiramın göstərilməsinə görə minnətdarlığını bildirib.
Həmin məktəbin şagirdi Aysun Allahverdiyeva və digərləri şəhidlərlə bağlı şeirlər söyləyiblər.
Sonda aprel şəhidlərindən bəhs edən videoçarx nümayiş olunub.

Sosial 2018-12-25 19:14:00