×
A
A
A
Sazlamalar

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1084; 2006, № 12, maddə 1031; 2008, № 6, maddə 462; 2011, № 7, maddə 592; 2014, № 12, maddə 1516; 2016, № 4, maddə 643) 4.3-cü maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu mübahisələr dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar olduqda, qəbul edilmiş inzibati aktlar, həmçinin birbaşa məhkəmələrdə mübahisələndirilə bilər.”.
Maddə 2. Bu Qanunun 1-ci maddəsi həmin Qanun qüvvəyə mindikdən sonra qəbul edilmiş inzibati aktlarla bağlı yaranan münasibətlərə şamil edilir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

Qanunlar 2018-12-25 18:56:00