×
A
A
A
Sazlamalar

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının TƏSVİRİ

Azərbaycan Respublikasının
2018-ci il 18 dekabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər tərəfə şüalar saçan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
2.2. Xarici və daxili çevrələr arasındakı yaşıl minalı fonda qövs boyunca yuxarı hissədə “AZƏRBAYCAN” sözü, aşağı hissədə “SƏRHƏD MÜHAFİZƏSİ” sözləri yazılmışdır.
2.3. Yazıların arasında hər birinin diametri 2 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
2.4. Daxili çevrənin içərisində doğan günəş fonunda yuxarı hissədə Azərbaycan Respublikasının Dövlət Gerbi, aşağı hissədə palıd yarpaqlarından ibarət çələng, Dövlət Gerbi ilə çələngin arasında “100” rəqəmləri həkk olunmuşdur.
2.5. Bütün yazılar, elementlər və rəqəmlər qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
3.2. Xarici və daxili çevrələr arasında qövs boyunca yuxarı hissədə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı hissədə “DÖVLƏT SƏRHƏD XİDMƏTİ” sözləri yazılmışdır.
3.3. Yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
3.4. Daxili çevrənin içərisində yuxarı hissədə səkkizguşəli ulduz, aşağı hissədə sünbül çələngi, çələngin üzərindən səkkizguşəli ulduza doğru üstü Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində mina ilə örtülmüş sərhəd nişanı həkk olunmuşdur.
3.5. Sərhəd nişanından sol tərəfdə “1919”, sağ tərəfdə “2019” rəqəmləri yazılmışdır.
3.6. Bütün yazılar, elementlər və rəqəmlər qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 55 mm x 37 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
4.2. Xara lentin yuxarı hissəsinə üzərində üfüqi naxışlı iki kontur xətti və onların arasında, mərkəz hissədə sünbül çələngi ilə əhatələnmiş səkkizguşəli ulduz təsvir olunmuş 40 mm x 10 mm ölçülü lövhə, aşağı hissəsinə üzərində üfüqi naxışlı iki kontur xətti təsvir olunmuş 40 mm x 5 mm ölçülü lövhə bərkidilmişdir.
4.3. Naxışlar, səkkizguşəli ulduz və çələng qabarıqdır.
4.4. Xara lentin mərkəzində Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərini əks etdirən və hər birinin eni 3 mm olan 3 şaquli zolaq, mərkəzdən sol və sağ kənarlara doğru, ardıcıl olaraq, 1 mm enində ağ, 7 mm enində qızılı, 1,5 mm enində ağ və 4,5 mm enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir.
4.5. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

Qanunlar 2018-12-25 18:36:00