×
A
A
A
Sazlamalar

Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri professor Azər Kərimovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Azərbaycan xalqının rifahı, xoşbəxt gələcəyi, torpaqlarımızın işğaldan azad olunması, Vətənimizin bütövlüyü naminə apardığınız səmərəli müasir daxili və xarici siyasəti dəstəkləyir, Avropa-dünya məkanında təbliğ edirik.
Müstəqil Azərbaycan Respublikasının tərəqqisi və sivil ölkələr sırasında inkişaf etməsi üçün gördüyünüz işləri həmişə yüksək qiymətləndirmişik, bu gün də qiymətləndiririk.
Çex Respublikasının nüfuzlu ziyalılarını, elm xadimlərini, soydaşlarımız olan tələbələri, iş adamlarını öz tərkibində birləşdirən Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzi adından Zati-aliləri, Sizi doğum gününüz, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, Sizə ən xoş arzularımızı bildiririk.
Arzu edirik ki, həyatınızın hər anı Azərbaycan xalqının rifahı naminə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar gətirsin. Tanrı Sizi qorusun.
Dərin hörmətlə,

 

Professor Azər Kərimov
Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri,
Professorlar İvan Meznik, Jirek Vanek, dosentlər Frantisek Capka, Jiri Dusek,
Jiri Podluski, Münasib Qurbanov, Tomas Germak, Oldriç Sasinka və başqaları

Məktublar 2018-12-25 18:14:00