×
A
A
A
Sazlamalar

“İrəli” İctimai Birliyinin nümayəndələri hərbçilərlə görüşüblər

Bakı, 25 dekabr, AZƏRTAC

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində ictimaiyyətin bir qrupu hərbçilərlə görüşüblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Birliyin sədri Mirhəsən Seyidov və üzvləri əsgərlərlə görüşüb, onlara bayram hədiyyələri təqdim ediblər.
Qonaqlar əvvəlcə cəbhə bölgəsində yerləşən hərbi hissənin şəxsi heyətinin xidmət və sosial-məişət şəraiti ilə tanış olublar.
Görüşdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən, əhəmiyyətindən, respublikamızın davamlı inkişafının təməlini qoyan ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bütün sahələrdə, eləcə də ordu quruculuğunda qazandığımız uğurlardan danışılıb.
Şəxsi heyət üçün maraqlı konsert proqramı təqdim olunub və qonaqların əsgərlərlə birlikdə bayram naharı təşkil edilib.
Döyüş hazırlığında və nizam-intizamda fərqlənən bir qrup hərbi qulluqçuya İctimai Birlik tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub‬.

Sosial 2018-12-25 18:02:00