×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abdullayeva Rəna Ramiz qızı
Əhmədov Nizami İbrahim oğlu
Əliyev Hidayət Məcid oğlu
Əsgərova Gülbahar Zəkəryə qızı
Əzizov Bəxtiyar Əskər oğlu
Həşimova Gülnarə İbrahim qızı
Xəlilova Minayə İbrahim qızı
İsgəndərova Xanım Kazım qızı
Məmmədov Məmməd Kərəm oğlu
Mirzəyeva Dürdanə Fərhad qızı
Nəcəfov Bayram Həsən oğlu
Nuriyeva Minayə Mikayıl qızı.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il.

Sərəncamlar 2018-12-25 17:55:00