×
A
A
A
Sazlamalar

Rusiya Federasiyası Prezidentinin müşaviri, RF Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf yolunda durmadan irəliləyir, ən mühüm beynəlxalq və regional məsələlərin həllində getdikcə daha fəal rol oynayır. Siz dövlət başçısı kimi yüksək vəzifədə fəaliyyətiniz illərində ölkə vətəndaşlarının hörmətini və etimadını qazanmısınız.
İcazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, mənəvi harmoniya, nəzərdə tutduğunuz bütün planların reallaşmasını, səmərəli və məhsuldar işləməyinizi, Azərbaycan Respublikasının tərəqqisi və Azərbaycan xalqının rifahı, habelə ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi naminə yeni layihələr və uğurlu təşəbbüslər diləyim.
Qoy həmişə Sizi yaxınlarınızın sevgisi və qayğısı, sədaqətli dostlar və həmməsləkləriniz əhatə etsin.
Hörmətlə,

 


Ruslan Edelgeriyev
Rusiya Federasiyası Prezidentinin müşaviri,
RF Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi

Məktublar 2018-12-25 15:24:00