×
A
A
A
Sazlamalar

Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti Toğrul Bağırovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Nobel Ailəsi Cəmiyyətinin tərəfdaşları adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.
Son 15 ildə Azərbaycan Sizin müdrik rəhbərliyinizlə çox böyük nailiyyətlər əldə edib və həm regional, həm də beynəlxalq münasibətlər sistemində mühüm rol oynayan müasir, demokratik və güclü sivil dövlətə çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz bir hissəsi və dünyanın ən etibarlı enerji tədarükçülərindən biri hesab edilir.
İstər dünyada, istərsə də Azərbaycanda həyata keçirilən Nobel layihələrinə göstərdiyiniz davamlı və tükənməz dəstəyə görə Sizə çox minnətdarıq. Nobel qardaşlarının Azərbaycanda çox zəngin və böyük irsi vardır. Bu yaxınlarda Sizin böyük dəstəyinizlə “Emmanuel Nobel Neft Mükafatı”nın bərpa edilməsi ilə bağlı yeni layihənin həyata keçirilməsinə başladıq. Əminik ki, biz strateji tərəfdaşımız olan Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR ilə birlikdə bu unikal beynəlxalq layihəni reallaşdıracaq və Azərbaycanın Avrasiyanın sürətlə inkişaf edən uğurlu ölkəsi kimi müsbət imicini dünyada daha da möhkəmləndirəcəyik.
Cənab Prezident, Siz daim bizim yekdilliklə və səmimi qəlbdən dəstəklədiyimiz əziz Prezidentimizsiniz. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və daha böyük nailiyyətlər, Azərbaycan xalqına isə əmin-amanlıq və tərəqqi arzu edirik.
Yaşasın möhtərəm cənab Prezidentimiz!
Dərin hörmətlə,

 

Toğrul Bağırov
Bakı Nobel İrsi Fondunun sədri,
BMT-nin qlobal enerji üzrə aparıcı eksperti

Məktublar 2018-12-25 13:24:00