×
A
A
A
Sazlamalar

Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovskidən
Avropa yəhudilərinin Bakı dini icması sədrinin müavini Yevgeni Brenneysendən
Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqaldan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Avropa yəhudiləri icması adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.
Yəhudilərin inancına görə, doğum günü elə bir gündür Tanrı həmin gündə qərara gəlir ki, dünya Sizsiz mövcud ola bilməz.
Ölkəmizdə yaşayan bütün xalqlar kimi, biz - Azərbaycan yəhudiləri də respublikamızın yalnız Sizin müdrik rəhbərliyiniz sayəsində inkişaf və tərəqqi etdiyinin şahidiyik.
Biz böyük sevinc hissi ilə Sizə möhkəm cansağlığı, uzun ömür və hamımıza doğma olan Azərbaycanın rifahı naminə səmərəli fəaliyyət arzu edirik.
Tanrı Sizi qorusun!
Dərin hörmətlə,

 

Aleksandr Şarovski
Avropa yəhudilərinin Bakı dini icmasının sədri

 

Yevgeni Brenneysen
Avropa yəhudilərinin Bakı dini icması sədrinin müavini

 

Şneor Seqal
Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini

Məktublar 2018-12-25 11:50:00