×
A
A
A
Sazlamalar

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya

Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş sunami nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il.

Məktublar 2018-12-25 10:51:00